Minə bilər, sürə bilməz


Bakıda tez-tez gecələr yol hərəkət qaydalarına məhəl qoymayan sərxoş qadın sürücülərin yaxalanmasını qadın azadlığının ayağına yazmaq doğru deyil. Bu, sadəcə, hərdənbir məişət, mentalitet əsarətindən qurtulmaq istəyən bəzi kişi azadlıqlarının kefqomluğudur. Çünki qadın azadlığı yalnız qaranlıqla bağlı məsələ deyil ki, həmişə hava qaralandan sonra üzə çıxsın. Bir də yollarda baş verən bu yol xətaları onu göstərir ki, qadın minə bilər, amma sürə bilməz.


Tarix: 26.11.2015

58504