İftar ziyafətlərində basabas


Artıq illərdir ki, əsasən şəhərlərdə Ramazan ayında nisbətən imkanlı şəxslərin restoranlarda iftar qonaqlıqları təşkil etməsinin şahidi oluruq. Yeddi-səkkiz saatlıq müvəqqəti aclığı dolu süfrəli ziyafətlərlə mükafatlandırmaq nəfsi tərbiyə etmək kimi başa düşülür. Əlbəttə, kiminsə iftarını restoranda açmasının birdən çox səbəbi ola bilər. Amma bunu ziyafət şəklində qeyd etmək orucun fəlsəfəsindən xəbərsiz olmaq deməkdir.



Tarix: 12.04.2022

20093

Ən çox gülünənlər