Nə etməli? Kimdir müqəssir?
Tarix: 07.04.2022
Bir aydan çoxdur ki, Ukraynada davam edən müharibədə məlum oldu ki, Rusiyanın istəklərinə hərbi yolla nail olmağı bacarmadı. Üstəlik, xeyli canlı qüvvə və hərbi texnika itirdi. Rusiyanın bu müharibədəki itkiləri milyard dollarla ölçülür. Ən vacibi isə Rusiyanın dünyanın ikinci supergücü imici yerlə yeksan olmasıdır. Rusiya bu gün geri çəkilir, az qala, vaxtilə Napoleonun Rusiyada suyu süzülə-süzülə geri çəkildiyi kimi Ukraynanı tərk etməyə çalışır. Həm də çalışır, necə etsin ki, sınıq-salxaq olmuş hərbi gücünün dünyadaki imicini azacıq da olsun bərpa edə bilsin. Rusiya indi özünü elə bir vəziyyətə salıb ki, geri çəkilməsi hücum etməsindən daha çətin bir prosesə çevrilib.
Tarix: 07.04.2022
21669
Ən çox gülünənlər