Kredit – pul alverçiliyi


Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar bank kreditlərindən asılı vəziyyətdə yaşayır. Demək olar ki, kredit borcu olmayan adam yoxdur. Kimisi kreditlə özünə ev, avtomobil alır, biznes qurur, kimisi də, sadəcə, gündəlik məişət tələbatlarını ödəmək üçün banklara əl acır.

 Kredit faizləri də ölkədən-ölkəyə dəyişir. Kasıb ölkələr kasıb vətəndaşlarından daha çox faiz tələb edir, zəngin ölkələrdə isə bu faizlər bəzən sıfıra qədər düşür. Çağımızın neoliberal bazar münasibətləri kapitalizmin sürətlənməsinə xidmət etdiyi üçün insanlar süni ehtiyacların tələsinə daha tez düşürlər. Bəzi hallarda bu kreditlər, sadəcə, zəruri olmayan, bu cür süni ehtiyacların ödənməsi üçün götürülür. Bu da yalnız pul alveri ilə məşğul olanların cibini doldurur.



Tarix: 07.04.2022

20194

Ən çox gülünənlər