Sosial şəbəkə “paxmeli”


Etiraf etməliyik ki, bu gün uşaqdan böyüyə hamımız sosial şəbəkələrdən psixoloji cəhətdən asılı haldayıq. Mənəvi, intellektual “qidanı” sosial şəbəkələrdən alırıq. Ötəri informasıyalar bəşəri informasiyaları sıxışdırıb menyumuzdan çıxarıb. Beyinlərimiz bizə heç bir faydası olmayan, ikinci, üçüncü, hətta bəzən onuncu əldən ötürülən xəbərlər, şərhlərlə doludur. Nitsşe deyirdi ki, dünyada fakt yoxdur, şərh var. Bu gün dünyada fakt da, şərh də itətökdür. Çünki hər kəs fakt və şərh istehsalçısıdır. Əksəriyyəti də qarınağrı dərmanı kimi günlük təsirə malikdir.



Tarix: 05.04.2022

17564

Ən çox gülünənlər