Ukrayna – dünyanın geosiyasi qurbanı


Ukraynada baş verən müharibəni geosiyasi hesablaşma da adlandırmaq olar: dünya bir neçə regionda yenidən bölünür. Ukraynanın işğalı məqsədilə hücuma keçəndən təxminən iki həftə sonra Moskva bəyan etməyə başladı ki, “müharibədə Rusiyanın taleyi həll olunur”. Bu, işğal planına haqq qazandırmaq üçün rus rəsmilər ortaya “neonasizmlə mübarizə” fikrini atdılar. Rusiyanın bu açıqlamalarından sonra isə müharibənin məqsədinin daha böyük olduğunu bildirən Bayden elan etdi ki, “Yeni dünya nizamı qurulur və ABŞ bu nizama liderlik etməlidir”. Bu gün Ukraynada açıq şəkildə olmasa da, gizli şəkildə qarşı-qarşıya duran ABŞ və Rusiya yeni dünya nizamında liderlik uğrunda döyüşür, daha doğrusu, Moskva Vaşinqtonun lideri olmaq istədiyi nizamda yerini almaq istəyir. ABŞ isə belə görünür ki, Rusiyanı dünyanın yenidən bölünməsində birdəfəlik çıxdaş etmək fikrindədir. Bu da o deməkdir ki, Zelenski Ukraynası hələ uzun müddət döyüşməli olacaq.



Tarix: 04.04.2022

20306

Ən çox gülünənlər