Siyasət üçün hər gün 1 apreldir.
Tarix: 01.04.2022
Yalan danışmaq insanın ən böyük ehtiyaclarından biridir. Hətta elə yalanlar var ki, onlar “müqəddəs yalanlar” adlanır. Təqvimdə belə 1 aprel yalan danışmaq günü kimi qeyd olunur. Xüsusilə siyasət elmi həqiqətdən çox yalana ehtiyac duyur. Böyük xalqlar, cəmiyyətlər dorğulardan çox yalanlarla idarə olunur. Yalan danışmasa, yalan eşitməsə insanlıq dəliliyə məhkumdur. İlk dəfə dil açan uşaqlar belə yalan danışmağa başladıqda düşünə bildiklərini sübut edirlər. Yalan uydurmaq zəkanın üstün göstəricidir. Mədəniyyətin kökləri də insan zəkasının uydurduğu yalanlara dayanır.
Tarix: 01.04.2022
7201
Ən çox gülünənlər