Rusiya sülhdən niyə qorxur?


Rusiyada Ukraynadakı müharibəyə münasibət birmənalı deyil. Rus cəmiyyətində bu müharibəyə qarşı çıxanlar, etiraz olaraq aksiyalar təşkil edənlər, ölkədən köçənlər olsa da, xalqın və eltar kəsimin müəyyən hissəsi Ukraynanın işğalının tərəfdarı kimi çıxış edir. Bu da öz növbəsində rus rəsmilərinə müharibəni davam etdirmək, sülh prosesindən yayınmaq üçün qol-qanad verir. Müharibə tərəfdarları hazırkı reallığı tarixi reallıqla qarışdıranlardır ki, onların gözündə Rusiya məğlubedilməz ölkə statusundadır. Nəyin bahasına olursa-olsun Rusiya bu məğlubedilməz imicini qorumalıdır. Əks təqdirdə nələrin olacağını Putinin “Makiavellisi” Duqin belə ifadə edir: “Dünyada Rusiya olmayacaqsa, dünya da olmayacaq”.



Tarix: 31.03.2022

5428

Ən çox gülünənlər