Erməni lobbisinin senata təzyiqi

Tarix: 29.03.2022
2652

Azərbaycan ordusunun Xocalının Fərrux kəndində yerləşməsi ABŞ-dakı erməni lobbisini narahat edib. Bu yersiz narahatlıq isə ABŞ senatorlarına təzyiq göstərilməsi ilə nəticələnib. Belə ki, bəzi ABŞ senatorları mahiyyətini bilmədikləri bir məsələ ilə bağlı Azərbaycanın adını hallandırmağa başlayıblar. Ermənilərin Xocalıda törətdikləri soyqırıma göz yuman bu senatorlar Azərbaycan ordusunun əzəli Azərbaycan torpaqlarında yerdəyişməsinə etiraz etməklə özlərinin məsələdən nə qədər uzaq məsafədə olduqlarını da sərgiləməkdədirlər. Azərbaycan isə beynəlxalq hüquq çərçivəsində qəbul olunmuş ərazilərində bir addım da qırağa çıxmayıb.
Tarix: 29.03.2022

Ən çox gülünənlər