Gözü bayramdan qorxanlar


Hər bir bayramın özünəməxsus rəmzləri var; məsələn, Yeni il həmişəyaşıl şam ağacı ilə simvolizə olunur, Qurban bayramı kütləvi qurban kəsilməsi mərasimləri ilə. Bu rəmzlər yazının olmadığı vaxtlarda yaranıb.

Qədim insanlar öz fikirlərini bu cür praktik rəmzlərlə ifadə edirdilər. Yəni bu gün bizim simvol kimi gördüyümüz nəsnələr, əslində, qədim mətnlər idilər. Qurban kəsmək tanrı ilə ünsiyyətə girmək, onunla söhbət etmək demək idi. Bu dialoqda sözləri qurban verilən heyvanlar (başlanğıcda insanlar) əvəz edirdilər. Rəmzlərlə danışmaq mədəniyyətin başlanğıcını mifləri yaratmışdı. Biz bu gün də qədim miflərin əhatəsində yaşayırıq. Onlar bizim arxetipimizi təyin edirlər.



Tarix: 24.03.2022

7001

Ən çox gülünənlər