Ukraynada müharibədə 109 uşaq ölüb


Ukrayna mediası müharibə başlanandan bu günə kimi öldürülən uşaqların sayını açıqlayıb. AzVision.az xəbər verir ki, saytlar Baş Prokurorluğa istinad ediblər.

Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində martın 18-i səhər saatlarına olan məlumata görə 109 uşaq həlak olub. 130-dan çox uşaq isə yaralanıb. Ukrayna Baş Prokurorluğunun yaydığı məlumatda qeyd edilir ki, uşaqlar ən çox Kiyevdə - 55, Xarkovda - 34, Donetskdə - 26, Çerniqovda - 29, Nikolayevdə - 20, Jitomirdə - 15, Sumıda - 14, Xersonda - 14 müharibə qurbanına çevriliblər.



Tarix: 18.03.2022

5769

Ən çox gülünənlər