Kiçik oyunçular böyük oyunlarda
Tarix: 02.03.2022
Böyük və siyasi, diplomatik istitutları oturuşmuş dövlətlər, əsasən, münaqişlərdən öz maraqlarını təmin etmək üçün istifadə edirlər. Kiçik və geosiyasi məsələlərdə güc və söz sahibi olmayan kiçik dövlət rəhbərlərinin borcudur ki, öz xalqlarının rifahını bu cür qlobal maraqlara qurban verməsinlər.
Tariximizdə deyilənə görə belə bir hadisə olub. Termurləngin qılıncının dalı və qabağı dünyanı kəsən bir vaxtda ona xərac aparan Şirvanşah hər şeydən doqquz dənə hazırlamış, yalnız qulların sayını səkkiz etmişdi. Teymur bunun səbəbini soruşduqda “doqquzuncu qul özüməm” deyib ölkəsini viran qalmaqdan qorumuşdu.
Makiavelli bizim Şirvanşahın bu gedişini bilsəydi, yəqin ki, onun bu dövlətçilik ağlını alqışlayardı.
Tarix: 02.03.2022
6696
Ən çox gülünənlər