Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.


AzVision.az xəbər verir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb. Sarkisyan qeyd edib ki, qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və imkanları yoxdur.

"Mənim prezident kimi ölkənin daxili və ya xarici siyasətinə təsir göstərmək üçün heç bir imkanım yoxdur. Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox", - o deyib. Qeyd edək ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib.

Tarix: 24.01.2022

965

Ən çox gülünənlər