Dəhşət...


Bu dəhşətdir. Yazacağım heç bir qəliz cümlə, qurucağım heç bir bəzəkli ifadə "bu dəhşətdir" qədər çılpaq, həqiqi və səmimi səslənə bilməz. İnsan cisminin eybəcərliyini, insan sözünün necədə öz hərfi mənası ilə nadan, haq tanımaz olduğunu bir dəfə daha təsdiqləyən bu son hadisə - 11 yaşlı qız uşağının öz atalığı tərəfindən 31 həftəlik hamilə qalmasının üzə çıxması...

Kimə güvənəsən, kimə əmanət edəsən özününküləri, özünü? Özündən olanlara da deyilsə, kimə? Və ən əsası, bir neçə dəqiqə üçün, bir neçə dəqiqəlik həzz üçün, nəfis üçün bu qədər alçalmaq, niyə? Necə? Nə cür?

Heç bir şərhsiz susmaq gərək belə şeyə. Mümkün qədər danışmamaq və mümkün olduğu qədər çox düşünmək gərək belə şeyə. Öz nəfsimizi sorğulamaq gərək, dərs almaq gərək belə şeydən. Ərdəm, əxlaq, namus, qeyrət, şərəf, ləyaqət qarşısında nəfsin nə qədər cılız, aciz qaldığını, qalmalı olduğunu dərk etmək, dərk etdirmək gərək. Susmaq gərək. Susmaq və düşünmək. Bunun nə qədər böyük dəhşət olduğunu düşünmək.



Tarix: 01.11.2021

1434

Ən çox gülünənlər