Facebook-un adı dəyişdi

Tarix: 29.10.2021
1771

“Facebook” şirkətinin adı oktyabrın 28-dən Meta olaraq dəyişdirilir. Bu barədə şirkətin təsisçisi Mark Zukerberq məlumat yayıb. O, “metaverse” şirkətinin təqdimatı zamanı “bu gündən biz Meta adlandırılacağıq” deyə qeyd edib.
Zukerberq həmçinin mavi Mobius zolağı şəklində şirkətin loqotipini də təqdim edib.
M.Zukerberq "Facebook" sosial şəbəkəsinin adının dəyişilməyəcəyini də əlavə edib. O bildirib ki, əsas şirkətin adının Meta olaraq dəyişdirilməsinin fərdi proqramlara aidiyyatı yoxdur.
Tarix: 29.10.2021

Ən çox gülünənlər