“Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub


Dünyanın bir çox ölkələrində “Facebook”, “WhatsApp”, “Instagram”da yaranan problem aradan qalxıb. Azvision.az xəbər verir ki, təxminən altı saatdan sonra sözügedən sosial şəbəkə platformaları işləməyə başlayıb.

“Facebook”un texniki xidmət şöbəsinin rəhbəri Mayk Şrepfer özünün tviter hesabında bildirib ki, problemin yüz faiz həll olunması üçün müəyyən vaxt lazımdır.



Tarix: 05.10.2021

1009