Hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır


Siqaretin tərkibində olan 4 minə qədər kimyəvi birləşmənin 50-si orqanizmdə xərçəngin yaranmasına səbəb olur. Elə bunun nəticəsidir ki, siqaret çəkmək səbəbindən hər il dünyada 7 milyon nəfər həyatını itirir ki, onların 10 faizi passiv siqaret çəkənlərdir. Aparılan araşdırmalar göstərir ki, hər çəkilən siqaret insan ömrünü 11 dəqiqə azaldır. Çəkilən siqaretin tüstüsünün 25 faizi orqanizmə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir.



Tarix: 13.07.2021

3985