Bloqerin şiddət çağırışına cavab


Sosial şəbəkədə “Pantural” kimi tanınan Tural Səfərovun kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsi geniş müzakirələrə səbəb olub.

Dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib. Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı ““harada açıq-saçıq q****q gördüz, zorlayın” adlı çağırış edirəm” deyə şərh yazıb. 70 min izləyicisi olan bloqer daha sonra “Pantural üzr istədi” adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb



Tarix: 12.07.2021

2957