Şərqdə gecəni aydınladan partlayış


Sosial şəbəkədə Xəzər dənizində baş verən naməlum partlayışın videosu yayılıb. Əvvəlcə dənizdə qaz yatağının partladığı ehtimal edilsə də lakin tezliklə bu versiya təkzib olunub.

SOCAR-ın yaydığı açıqlamaya görə, dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir:
"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir ",- şirkətdən bildiriblər.

 



Tarix: 05.07.2021

3927