Olimpiadaya göndərilən ermənilərin ştanqı yoxdur- Paşinyan naziri danladı


Ermənistanda ağır atletlərin idman ləvazimatları ilə təminatı məsələsində ciddi problemlər yaşanır. İş o yerə çatıb ki, artıq problemə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan özü müdaxilə etməli olub.

O, hökumətin iclasında çıxışı zamanı "Ən qısa müddətdə erməni ağır atletlər üçün yeni ştanqlar gətirilməlidir" deyərək Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini icra edən Vahram Dumanyana kəskin narazılığını bildirib.

Paşinyan idmançıların Tokyo Olimpiadasına hazırlaşması üçün normal şəraitin yaradılmaması və yeni standartlara uyğun idman alətləri ilə təchizatın zəif olmasından gileylənib.



Tarix: 02.07.2021

3276