Ağıl öyrədənlər


Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli Müsavat TV-nin canlı yayımında bir-birinə qarşı ağır sözlərdən istifadə ediblər. “Qafqazinfo” xəbər verir ki, “Canlı debat”da üz-üzə gələn müxalifət funksionerləri qarşılıqlı təhqirə qədər gedib çıxıblar. Ə. Məmmədli opponentini “qanmaz” adlandırıb və cavabında “qanmazın yekəsi sənsən, sənin sədrindir” sözlərini eşidib.



Tarix: 25.06.2021

3459