Ermənistan hələ də minalanmış ərazinin xəritəsini tam verməyib


Azad olunan ərazilərə minaları yerləşdirmək asan, təmizləmək isə olduqca çətindir. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə mane olur.

Torpaqlarımız azad olunduqdan sonra bir daha bəlli oldu ki, çox böyük miqyaslı minalanma həyata keçirilib. Hazırda minalanmış ərazilər qarşıda duran ciddi problemdir. Artıq xeyli müddətdir ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Buna baxmayaraq mütəmadi olaraq baş verən mina partlamaları nəticəsində mülki vətəndaşların həlak olma faktları artır.



Tarix: 24.06.2021

2895