Paşinyandan mina xəritələri ilə bağlı etiraf


"Azərbaycana Ermənistanın əlində olan mina xəritələrinin hamısını deyil, bir hissəsini vermişik"

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Minalanmış ərazilərin xəritələrini təqdim etdik, lakin bu əlimizdə olan xəritələrin kiçik bir hissəsidir. Mövcud olmadığın deyə bilmərəm, ancaq az bir hissəsi idi", - deyə o bildirib. Paşinyan bu açıqlaması ilə Ermənistan tərəfinin Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində basdırdığı minaların xətirəsinə sahib olduğunu etiraf edib. O, eyni zamanda İrəvanın bundan əvvəl mina xəritələrinin olmaması barədə yalanlarını da ifşa edib.


Tarix: 15.06.2021

3099