Təzə arvad söhbəti
Tarix: 04.07.2017
Düz deyir dəə, camaat üç minə maşın alır
Əşi, can həkimlərinə nə var, biryolluq ölüb qurtarırsan əllərindən. Vay o günnən, diş həkiminin əlinə düşəsən. Bahaçıldılar, bahaçıl. Bir dişi 20 manata çəkir, 30 manata plomlayırlar. Dişə metal köynək taxıb üstünə plastik üz geydirməni 100 manata eləyirlər. Bir dişin düşübsə onun yerini doldurmaq üçün ətrafdakı dişlərdən tutalğac düzəldirlər, yəni, bir dişin mırığını örtmək üçün üç diş əməliyatı eləyirlər. Bu da eləyir 300 manat. Hələ farfor üzlükdən, inplantdan danışmıram.
Tarix: 04.07.2017
77812
Ən çox gülünənlər