Əsas uçmaqdı


Quş aləmində susmaq qızıl sayılmır

Bizdə ağıl mücəssəməsi sayılsalar da, ingilis, fransız, rus anekdotlarında kürən saçlı qızlar sadəlövh və yüngülağıl göstərilir. Bir kürənsaçlı rus qızı tutuquşuya yaxınlaşıb yanıq vermək üçün ona belə deyir: ”Baax, mən danışıram, ancaq sən danışa bilmirsən”. Tutuquşu qıza baxır-baxır, qəfil dil açaraq: “Ay axmaq, mən danışa bilirəm, ancaq sən heç vaxt uça bilməyəcəksən!” – söyləyir. Bəli, əsas uçmaqdı! Həm də biz heç vaxt quşlardan ağıllı deyilik. Bir dəfə Molla Nəsrəddin babamız öz həyat təcrübəsi ilə qarğaların nə qədər yaşadığını öyrənmək istəmişdi, heyif ki, yaşayıb çatdıra bilməmişdi. Quşlarla zarafat eləməyin. Bu gün biz onları satırıq, vaxt gələcək onlar da bizi satacaq.



Tarix: 19.06.2017

70988

Ən çox gülünənlər