Yenicağın elmi fantastik ədəbiyyatı


Corc Martin: “Mənə terrorizm, qlobal istiləşmə yox, Marsda koloniya, reaktiv çanta və uçan avtomobillər lazımdır”

Bir sıra ədəbi mükafatların laureatı, ssenarist, prodüser, redaktor, müasir Amerikanın yazıçı-fantastı, “Taxt-tac oyunu” serialı ilə dünyada məşhurlaşan Corc Martin ədəbiyyata, belə deyək, “Armagedonun küyü” roman ilə gəlib.

Yazıçı əvvəlcədən fantastika janrına ciddi yanaşmır. Ted UilyamsınCek Vensin əsərlərindən sonra Corc yeni janr üzərində ciddi işlər görmək qərarına gəlir və burada böyük uğur qazanır. Yazçının ilk fantastik hekayələr toplusu “Lya üçün mahnı”  1976-ci ildə ilk nəşrindən sonra 2001-ci ildə yenidən nəşr edilir. 10 ildən sonra “Tafanın səyahətləri” ərsəyə gəlir. Hekayələr toplusunun əsas qəhramanı sərbəst ticarətlə məşğul olan Tafadır. 1986-ci ildə nəşr olunmuş toplu yeddi hekayə və povestlərdən ibarətdir. 9 il ərzində yazılan hekayələr toplusunun əsas sujet xətti Tafanın müxtəlif planetlərdəki macəralarından bəhs edilir. O, planetlərdə ekoloji fəlakətlərlə mübarizə aparır və bilikləri hesabına bu və ya digər funksiyaları yerinə yetirir.

Yazıçının digər romanı “Qumlar karlı”dır. Bu əsər əsasında film də çəkilib. Əsərin baş qəhrəmanı Simon Kressdir. O, Mars həyatının tədqiqi layihəsi üzərində işləyir. Lakin onun layihəsi bağlanır. Belə ki, Marsdan olan nümunələrdən biri ətraf mühitə düşür və nəticədə Kress işsiz qalır. Bu qərarla razılaşmayan alim Marsdan olan orqanizm süfrələrinin olduğu qumu gizli yolla evinə gətirir. O, tövlədə inkubator yaradır və termitləri saxlayır. Tezliklə Kress görür ki, marslı termitlərin düşünmək və öz ağlı ilə hərəkət etmək kimi bacarıqları mövcuddur. Belə ki, onlar qumdan Kressin simasına bənzəyən fiqurlar düzəldirlər.

Öncə termitlər Kressə tanrı kimi baxsa da sonradan ona qarşı üsyan qaldırırlar. Termitlər tərəfindən dişlənən Kressin səhhətində problem yaranır. Bununla da marslı termirtlərə yerin biosferinə çıxmaq imkanı yaranır.

Martinin “Buz və atəş nəğməsi” silsiləsi ədəbiyyat aləmində ən səs-küylü layihələrdən sayılır. “Taxt-tac oyunu” serialı məhz bu əsər əsasında çəkilib. Corc Martin deyib ki, əvvəlcə üç silsilə yazmaq fikrində olsa da, sonradan yeni ideyalar yarandığından əsər 7 cild həcmində alınıb. “Taxt-tac oyunu” əsərinin yubiley buraxılışı da işıq üzü gördü. Yubiley buraxılışı olan “Buz və alov haqqında nəğmə” saqası 2016-cı ilin 18 oktyabrında satışa çıxarıldı. Yubiley nəşrində fantastik janrda işləyən ən yaxşı rəssamlar tərəfindən çəkilmiş 73 ağ-qara və 8 rəngli illüstrasiya oldu.

Bundan başqa HBO şirkətinə məxsus olan Cinemax Amerika telekanalı fantast yazıçı Corc Martinin “Altı gümüş güllə” hekayəsini ekranlaşdırır. Ssenaristlər əsərin əsasında kiçik serial yaratmağı planlaşdırırlar. “Altı gümüş güllə” (The skin trade) novellasını Corc Martin 1989-cu ildə yazıb. Hadisələr sakinlərinin dərisi soyularaq ölü tapıldığı kiçik şəhərdə baş verir. Qətllərin qurbanları insanlar deyil, qulyabanılar olur. Baş qəhrəman Uilli qulyabanıdır. Detektiv yoldaşı ilə birlikdə o, cinayətləri araşdırmağa başlayır. Serialın ssenari müəllifi Kalinda Vaskez olacaq. Yazıçının mətbuata verdiyi müsahibələrdən seçmələri təqdim edirik.

“Game Of Thrones”dan (Taxt-tac oyunu) danışaq…

- İzləyicilər tez-tez filmin sonu, hadisələrin gedişatı barədə mənə sual verirlər. Bu bezdiricidir. Elektron poçtuma məktub göndərib, filmlə bağlı məlumatlar istəməyin. Artıq bu mövzuda məni narahat etməməyinizi istəyirəm. Qəhrəmanlardan hansının öləcəyini hansının isə son nəticədə sağ qalacağını bilirəm. Və bu “Dəmir Taxta” kimin çıxacağını da bilirəm.

Hazırda isə mənə nə internet, nə terrorizm, nə də iqlimin istiləşməsi, nə də digər bu cür zibil kimi şeylər lazmdır. Mənə Marsda koloniya, reaktiv çanta və uçan avtomobillər lazımdır.

- Əsərlərinizdə ölümdən necə istifadə edirsiniz?

- Mən ölümə müəyyən məqsədlərə çatmaq üçün istifadə edilən bir vasitə kimi baxıram. Mənə elə gəlir ki, hətta fentezi janrında işləyən yazıçılar belə həqiqəti söyləməyə borcludur. Həqiqət isə ondan ibarətdir ki,  bütün insanlar ölümə məhkumdur. Xüsusilə əgər siz müharibə haqqında yazırsınızsa...

Müharibə və ölümə heç də hekayələrimin hamısında ras gəlmək olmur. Digər tərəfdən ölümə əl atmadan müharibə və zorakılıq haqqında yazmaq mümkün deyil. Və əgər siz səmimi olmaq istəyirsinizsə, o zaman ölüm əsas qəhrəmanlara aid olmalıdır. Hamımız milyon dəfə oxumuşuq ki, baş qəhrəman onun ən yaxşı dostu və sevgilisi macəra axtarışına yollanır, xeyli təhlükəli vilayətlərdə sınaqlardan keçir və həmişə sağ qalır. Yalnız ikinci dərəcəli personajlar ölür. Bütün hallarda ölüm var. Ölüm çox dəyişkəndir və həmişə insanın yanındadır. Gec-tez o, dalımızca gələcək. Hamımız öləcəyik. Mən də, siz də. Yaşamın təməlində ölüm dayanır. Əgər siz səmimi olmaq istəyirsinizsə, xüsusilə hər hansı bir ciddi münaqişə haqqında yazırsınızsa, ölüm haqqında mütləq yazmalısınız.

Ölüm haqqında yazmağa borclu olan şəxs ölümün istənilən personaja hər an çata biləcəyi ilə barışmalı və etiraf etməlidir. Baş qəhrəmanın özü və ya qəhrəmanın dostu olmaq sizə ölümsüzlük haqqı vermir. Qəhrəmanlar ən azı mənim kitablarım da ölür. Personajlarımı sevirəm, ona görə də onları öldürmək mənə həmişə çətindir, amma mən bilirəm ki, bu, lazımdır. Çalışıram onları digər personajların öldürdüyünü düşünüm. Beləcə, məsuliyyəti öz üzərimdən götürürəm.

- Corc Martin gənclərə hansı məsləhəti verərdi?

Yazıçılıq - əgər onu karyera baxımından nəzərdən keçirsək, sadəcə, dəhşətli karyeradır. Özünə ad, pul qazanmaq üsulu kimi və ya hansısa başqa məqsəd üçün yazıçılıq tərəfə getmək lazım deyil. Əgər sizə yazmaq lazımdırsa, əgər sizin içinizdə tarix doğulursa, əgər siz uşaqlıqda oyuncaqla oynuyub onlara gəlmələrin adını qoyub hekayə yazacaqsınızsa özünüzdən öncə soruşun ki, birdən kimsə sizin yazdıqlarınıza bircə pens verməsə nə olacaq?

Bu halda da yazmağa davam edəcəksiniz? Əgər sizin bu suala cavabınız müsbət olsa onda siz yazıçısınız və yazmağa borclusunuz. Çünki bu sizin üçün yeganə məşğuliyyət növüdür. Əgər cavab mənfi olacaqsa bu həngamədən uzaq durun. Yaxşısı informatika ilə məğul olun. Eşitmişəm ki, kompyuter erası gəlir. Hər kəs yazıçının həyat tərzinə baxır. Orada müsbət məqamlar çoxdur. Əgər sizdə bölüşməyə hazır materiallar, daxilinizdə bayıra çıxmaq istəyən presonjlar varsa mütləq yazın. Gənc yazıçılara məsləhətim belədir.

- Bir çox insanların sizi böyük yazıçı adlandırmasını necə qəbul edirsiniz?

- Bu insanlar mənə, sadəcə olaraq, yaxşı kitab oxumayan yuxarı sinif şagirdləri kimi görünür. Mən peşəkar səviyyədə hekayələr yazmaq istəyirdim. Amma bu addımdan sonra nələrin olacağı məni hər zaman düşündürürdü. Birdən xoşlarına gəlmədim? Və ya əsərlərimi oxuyan olmayacaqsa nə edəcəyəm? Birdən mənə desələr ki, mən kifayət qədər yaxşı deyiləm, onda necə olacaq?

Müxtəlif mükafatlar qazanmışam. Lakin bunların heç biri yaradıcılığıma təsir etməyib. Bu, bazar iqtisadiyyatıdır. Dayandığın zaman kimsə sənin yerini tuta bilər. Və ya hansısa südəmər kiminsə tapşırığı ilə səndən qabağa düşə bilər. Kitablar ekranlaşdırılıqdan sonra onun əsl məğzi itir. Bəzən isə bəxt deyilən məhvum mənə yardım edib. Lazımı vaxtda lazımı yerdə oldum. Dörd nəşriyyat “Ölən İşıq”  romanımın uğrunda mübarizə apardı. Bu romanın qiymətini daha da qaldırdı.  Peşəkar ədəbiyyatla məşğul olmaq budur. Digər tərəfdən qeyd etdiyim kimi nəşriyyat dünyasında olan şəxs arxayınlaşmamalıdır.

- Nə vaxtdan yazmağa başladınız?

 - Mən həmişə yazırdım. O zaman hələ balaca idim, öz oyuncaqlarım haqqında müxtəlif  hekayə qurub onları yazırdım. Hamısına ad qoymuşdum. Kosmik gəlmələrdən ibarət bir kolleksiyam var idi. Sonradan öyrəndim ki, onlar “Millerin Gəlmələri” adlanır. Mən divlərdən ibarət hekayələr yazıb beş sentə digər uşaqlara satırdım .Həmin pula özümə şirniyyat alırdım. Adətən, bu hekayələr ikisəhifəlik olurdu. Qulyabanılar barədə yazdıqlarım da uşaqların xoşuna gəlirdi. Amma bu elə də çox uzun müddət davam etmədi, çünki uşaqların birində gecə qarabasmaları başlamışdı. Onun anası yanıma gəldi və dedi: “Uşaqları qorxutmağı dayandır. Onlara divlər barədə danışmaq daha olmaz”. Mənim şirniyyatlar üçün gəlir mənbəyim beləcə yoxa çıxdı.

- Bəs o zamanlar nə ilə məşğul oldunuz?

- Mən bir neçə il başqa uşaqları qorxutmağı dayandırdım. Əvəzində çox oxudum. Kitablar mənim komikslərim olub.

- Hansı yazıçıların kitablarını oxumusunuz?

- Andre Norton gözəl yazıçı idi və onun kitabları mənə xoş gəlirdi. Cerri Şоl da xoşuma gəlirdi. Bir neçə yaxşı kitabları var. Van Voqtanı da oxuyurdum. Amma onun tarixi müəyyən mənada məni çaşbaş salırdı. Hansısa məqamda özüm üçün Dok Smiti kəşf etdim və “Kosmik Torağay”ı birnəfəsə oxudum. Sonra hansısa məqamda özüm üçün janr olaraq fentezini seçdim. İlk dəfə olaraq bu janrla məni  Spreqa De Kamplın “qılınclar və magiya” janrında olan kitabı tanış etdi. Sonra ədəbiyyatda “horror” janrına keçdim və bu kitabı divlərlə hekayə adlandırdım.

- Arzunuz?

 

- 30 yaşıma qayıtmaq istərdim..Gözəl istirahət edib dincələrdim...Çox şey edərdim… Amma qayıtsam da mütləq yazardım.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 15.11.2016

4109