Uilyam Qoldinq. Nobel mükafatçısı


“İnsanlar qorxu, aclıq içində yaşayanda şüurlu şəkildə yox, instinktiv hərəkətlər edirlər”

 Ser Uilyam Jerard Qoldinq. İingilis yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Təxminən, 40 illik ədəbiyyat yaradıcılığı karyerası dövründə 12 roman və ona bütün dünyada məşhurluq gətirən “Milçəklər kralı” əsərini yaradıb. 1911-ci ildə doğulan yazıçı Oksford Universitetinin “ingilis dili və ədəbiyyatı” ixtisasını bitirir. 1939-cu ildə müəllimlik fəaliyyətini dayandıraraq könüllü cəbhəyə yollanır. Bu müharibə sayəsində o, bir insanın digərinə nə edə biləcəyini kəşf etdi. XX əsrdə baş verən iki böyük müharibə evlər, küçələr, binalarla yanaşı, Qoldinqin cəmiyyətin özünü inkişaf etdirərək kamilləşməsi ümidini də darmadağın etdi.

İkinci Dünya müharibəsinin dəhşətlərindən keçmiş, çox şeyləri öz gözləriylə görmuş Qoldinq “Milçəklər kralı” əsərində sözün dar mənasında götürülərsə, belə bir suala cavab vermək istəyir: “Yüksək mədəniyyətə malik olan qədim bir xalq (Alman xalqı nəzərdə tutulur) necə olub ki, başçı adlanan bir nəfərin (Hitler nəzərdə tutulur) əmriylə öldürməyə, yandırıb, dağıtmağa, hər şeyi məhv etməyə hazır olan vəhşilər qəbiləsinə çevrildi və bu hadisə illər boyu davam etdi?”

Sözün geniş mənasında isə, “Milçəklər kralı” roman-pritçasında Qoldinq immanet insan bədxahlığı fenomenini tənqid edir. Amma bu heç də o demək deyil ki, Qoldinq insanda yalnız bədxahlıq görür. O hesab edir ki, insan ikili xarakterə malik olan geniş əhatəli paradoksal bir varlıqdır, o həm qəhramandır, həm də xəstə. Yazıçının nadir müsahibələrindən birini təqdim edirik.

- Bir romanın ərsəyə gəlməsinə nə qədər vaxt sərf edirsiniz?

- 7 yaşımdan yazmağa başladım və hazırda bu, davam edir. Əgər beynimdə kitab yazmaq barədə düşüncələrim varsa, gün ərzində 2 min söz yazıram. Bu, sadəcə, qısaldılmamış mətnin səhifələridir. Vacib olduğu təqdirdə yazımı səhifənin ortasında ya da sonunda bitirirəm. Daha sonra qələmi vərəqin arasına qoyub kitabı bağlayıram, “azadlıq, azadlıq” deyə evdən çıxıb xoşladığım və mənə rahatlıq gətirəcəklər işlərlə məşğul oluram. Yazdığım zaman bəzən özümə ciddi nəzarət edib qadağalar qoyuram. Gördüyüm işi bitirdikdən sonra bütün qadağalar ortadan qalxır.

- Oxucu olaraq dramaturq və şairlər xoşunuza gəlir. Və mütləq yazılan hər hansı bir şeri və ya romanı oxduğunuz zaman beyninizdə müəyyən fikirlər formalaşır. Bəs yazıçı olaraq hər hansı bir romanınız ətrafında gedən diskussiyalara necə baxırsız?

- Roman həyatdır. Romanlarıma qarşı tənqidçilərin münasibətinə dözümsüzlüyüm var.

- Müsair yazıçıların yaradıcılığını izləyirsinizmi?

-Düzünü desəm, müasir yazıçıları oxumağa vaxtım yoxdur. Bilirəm bu, faciədir. Lakin reallıq budur. Bəlkə də, elə onların özü də məni heç oxumur. Əgər biz həqiqətən də yazıçılıqla məşğul oluruqsa mütləq uğur əldə edəcəyik.

Düşünürəm ki, bu baxışım ingilis yazıçıları tərəfindən müsbət qəbul edilir. Yoxsa fransız yazıçıları kimi bir-birilərinin əsərlərini oxuyarlar daha sonra kim yaxşı yazıb deyə ehtirasla və dərin məna axtararaq aralarında müzakirə edərlər. Məni düzgün başa düşün. Bu cür yanaşma səhv deyil. Amma ingilis yazıçılarına xas deyil.

- Britaniyalı yazıçıların arasında ümumilik prinsipi mövcuddurmu?

- Düşünmürəm. Olar bilər ki, yazıçıların yarısı bunu düşünsün. Amma bütövlükdə ingilis yazıçılarını nəsə xaricə dartır, bir-birilərindən uzaqlaşırlar. Yəni onlar “hər kəs öz vərəqinin bir kənarında yazsın” düşüncəsi ilə hərəkət edirlər. Kiçik bir ada üçün bu hadisə dəhşətli dərəcədə çoxtərəflidir. Yazıçılar müxtəlif istiqamətlərə baxsalar da hər şeyi öz nöqteyi-nəzərlərindən görməyə çalışırlar.

- Bəzən elə gəlir ki, yazıçılıqda heç bir texniki üslublar mövcud deyil. Hər kəs dinindən və milli ədəbiyyatından asılı olmayaraq bacardığı kimi yazır. Bu haqda nə deyə bilərsiniz?

- Fikirmcə, hər kəsin öz yanaşması mövcuddur. Hekayə və oxucu var. İkincini siz hekayə vasitəsi ilə əldə saxlamalısınız. Hazırda yalnız oxucunu hadisənin gedişatı ilə əldə saxlaya bilərsiz. Yəni oxucu baş verənlərin sonunu bilmək üçün əsəri oxumağa məcbur olacaq. Bunun üçün siz çox incə metodan istifadə etməlisiniz.

Əgər dəcəl uşağı sakitləşdirmək istəyirsinizsə onu əyləşdirib “biri vardı biri yoxdu” deyin. O, dərhal sakitləşəcək və ona hekayəni danışana qədər sizə diqqətlə qulaq asacaq. Yazıçılar da bu fundamental dəyərlərdən istifadə edir. Eksperimental romanlar bəzən çox dəqiq və möhtəşəm olsalar da az-az oxunur.  

 

- Bəzi tənqidçilər hesab edir ki, vaxt keçdikcə roman məntiq və azadlıq formasını itirir, oxucuların tələblərinə cavab vermir. Necə hesab edirsiniz, bu düşüncə düzdür? Bəlkə, daima oxunaqlı olan, məsələn, tərcümeyi-hal davamlılıq funksiyasını yerinə yetirə bilərmi?

- Mən bunun böyük bir anlaşılmazlıq olduğunu düşünürəm. Tərcümey-hal onsuz da həmişə bu funksiyanı yerinə yetirir. “Robinzon Kruzo”da  “Tom Cons” kimi tərcümeyi-haldır. Siz çoxlu sayda romanı vərəlqəyin hamısında həmişə tərcümeyi-halı ilə qarşılaşacaqsınız.

Bunlar arasında yeganə fərq ondadır ki, bəzən bu tərcümeyi-hal qismən olur və bəzən tam. Nə qədər romanları dəyişsək də onlar tərcümeyi-haldır.

- İnsanmı ətrafı dəyişir, yoxsa içində yaşadığı mühitmi onu dəyişdirir?

- Marks məşhur “Kapital” əsərində “Robinzon Kruzo” romanını belə dəyərləndirir ki, insan öz dəyərləri ilə vəhşi təbiəti belə inkişaf etdirə bilər. “Robinzon Kruzo”nun ötürdüyü əsas mesaj budur ki, insan istəsə hər şeyə qalib gələ bilər. O, təbiəti ram edə, ən vəhşi bir şəraitdə belə öz mədəniliyini qoruya bilər.

 “Milçəklər kralı”nda isə biz bu fikirlərin əksini görürük. Vurğuladığım məqamlardan biri budur ki, insanı dəyişməyə şərait məcbur edir. Niyə uşaqlar bir-birilərinə qarşı belə qəddar münasibət bəsləyirlər? Çünki onları buna vadar edən qorxu, aclıq, hər an yeni bir təhlükə yaranacağı hissidir.

Uşaqların çoxu ətrafda qorxunc heyvanlar olduğunu düşünürlər. Demək, insanlar qorxu, aclıq içində yaşayanda şüurlu, sivil şəkildə yox, instiktiv hərəkətlər edirlər.

 

- Bəzən romanlarınızda real həyatdan azad olan qapalı dünya yaradırsınız. Bəlkə, bu qapalı dünyalar real dünyaya işıq salmaq üçündür?

– Bu belədir. İnsan düz danışmaq istəyir və hesab edir ki, həqiqət mühüm əhəmiyyət kəsb edir. Bəşəriyyətin xəstə olduğuna mənim şübhəm yoxdur və bu fikri başımdan çıxara bilmirəm. Ona görə də var gücümlə yazıb aləmə car çəkir, insanlara deyirəm: baxın, baxın, baxın görün dünyada ən təhlükəli heyvan olan insanın təbiəti necədir.

Kitablarımda müasir insanların həqiqətin nə dərəcədə əhəmiyyətli olduğuna dair bir az da istiqamət verdiyimi çalışmşam.

 

 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 19.07.2016

4515