Müvəqqəti çətinlik


Dolların bahalaşması bütün peşələrə öz müsbət təsirini göstərib.
Belə ki, bu müvəqqəti çətinlikdən çıxmaq üçün bütün sənət sahibləri yaradıcılıq axtarışlarına başlayıblar.

Məsələn, bundan sonra ev yiyələrini artıq xərcə salmasınlar deyə oğrulara qapı-pəncərəni sındırmaq qadağan olunub.

Oğru evə girmək üçün elə bir yol fikirləşməlidir ki, öz payından başqa xalxın mülkünə əlavə ziyan vurmasın.


Tarix: 11.01.2016

4765