Xulio Kortasar: “İntellektuallıqdan vacib həyat təcrübəsidir”- Müsahibə


Gülüşün özü yer üzündə, dünyadakı bütün göz yaşlarından qat-qat çox və faydalı tunellər qazıb…

Xulio Kortasar. Argentina yazıçısı 1914-cü ildə Brüsseldə anadan olub. 1951-ci ildə Xuan Peronun diktaturasından canını qurtarmaq məqsədilə Argentinanı tərk edib. Ədəbi şöhrət yazıçıya yalnız “Bestiariya” hekayələr kitabı çap olunduqdan sonra gəlir. “Dama-dama oyunu” tənqidçilər tərəfindən “İlk böyük Latın Amerikası romanı” kimi qiymətləndirilir. Əsər elə qurulub ki, sanki, bir neçə romanı özündə birləşdirir və oxucuya istədiyi variantı seçmək imkanı verir. “62. Quraşdırma modeli” romanı “Dama-dama oyunu”ndakı bir bölmə üzərində qurulub. Xulio Kortasar 12 fevral 1984-cü ildə Paris şəhərində dünyasını dəyişib.
Kortasarın Evelin Pikroda verdiyi müsahibənin bir hissəsini təqdim edirik.

- Ümumi suallardan başlayaq. Ədəbiyyatda yeriniz necədir?


Yer anlayışı mənim üçün müxtəlif məna kəsb edir. Çünki bu və ya digər mənada insan özünə yer tapa bilər. Hesab edirəm ki, siz mənim ədəbiyyatda tutduğum mövqeyi nəzərdə tutursuz. Öz - özlüyündə bu sual iki yerə bölünür - Argentina və Latın Amerikası. Latın Amerikansını bir kənara qoyaq. Çünki burada durum çox qəlizdir. Argentinada isə bədii ədəbiyyatın inkişafına saxta ədəbi dil amili - istər realistik, istər neorealistik, istərsə də incə estetik dil olsun - maneçilik törədir. Aydınlıq gətirmək üçün qeyd edim ki, söhbət heç də eynən Argentinada danışdığımız kimi yazmaqdan getmir. Ancaq elə bir ədəbi yazı dili müəyyənləşdirməliyik ki, son nəticədə o da bizim gözəl, ağıllı, zəngin, hərarətli şifahi nitqimiz kimi, sərrast və imkanlı olsun. Məncə, bu cür bir dili mənimsəməyə başlayanlarımız elə də çox deyil, amma onları az da hesab etmək olmaz və ümidlə deyə bilərik ki, nə vaxtsa biz də fransız, ingilis yazıçıları kimi səlis ifadə tərzinə yiyələnəcəyik. Onlar nəfəs alıb-vermək qədər rahatlıqla yazırlar və bu zaman adi, saya bir dildə yazırmış kimi lağ hədəfi olmaqdan da qətiyyən çəkinmirlər...

Hekayə fotoqrafiya, roman isə kinodur.

Mövzuya qayıdaq. Başqasının hesabına həmişə müqəddəs olmaq olar. Hesab edirəm ki, yazıçının yaşadığı mühitdə hansı yeri tutmasını anlamaq üçün ilk növbədə onun ədəbi mühitə nə zaman qoşulduğuna diqqət yetirmək lazımdır. Axı bir çox insanlar buna diqqət yetirmir. Başqa bir sözlə öz fikrimi dəqiqləşdirim: Yəni yazıçı neçə yaşında əlinə qələm alaraq yazmağa başlayıb.

Həmçinin onun qırx və əlli yaşlarında olduğu zaman ədəbiyyata hansı töhvə verə biləcəyi də diqqət mərkəzində olmalıdır. 25 il bundan öncə müxtəlif yazıçıların hər hansı bir cərəyana qoşulmasını və bu stildə yazmağını gülünc hesab edirdim. Açıq ola biləcəyim yazarlar məhdud idi. Lakin müəyyən müddət keçdikdən sonra bu fikir məndə tamamən dəyişdi. 50 - yaşıma doğru yaxınlaşdıqca özümdən asılı olmayaraq mənim qələmimin kompası Avropaya tərəf yönəldi.

Qərbin bütün seçkin əsərləri kimi roman da qapalı struktura malikdir. Buna qarşı qətiyyətlə çıxaraq strukturu açmaq imkanları tapmaq, buna görə xarakter və situasiyaların sistematik konstruksiyalarını kökündən baltalamaq. Metod: ironiya, öz-özünə qarşı daimi tənqidi baxış, inkonqruyentlik, heç kəsə tabe olmayan təxəyyül.

Burada daha çox Borxesin mənə təsirini danmaq olmaz. Onun mövzu və stil baxımından mənə mənəvi təsiri həqiqətən də əvəzedilməzdir. Fikrimcə, Borxes məni və bizim nəslin nümayəndlərini öncə özünə qiymət verməyi və hər proffesional adlandırdığımız dəyərləri qiymətləndirməməyi öyrətdi. Bax bunu hər kəs anlamalıdır. Çünki Argentinada dəyərli və dəyərsiz olan hər şey çap edilirdi.

- Sizi fantanstik hekayələrin ustası hesab edirlər. Sizin bu janrın inkişafına verdiyiniz töhvəni necə qiymətləndirirsiz?

İlk növbədə burada “Töhvə vermək” sözünü ifadə etmək uyğun olmazdı. 20 il ərzində fantastik janr formasında müxtəlif əsərlər yazmışam. Müxtəlif olsalar da bu əsərləri birləşdirən bir dəyər var. Mənim əsərlərimdə fantastika reallıqla tərsmütənasib deyil. Fantastika məqsədli şəkildə insanların düşüncə və izah materialına çox gözəl formada tikilib. Ədəbiyyata necə töhvə verdiyimi dəqiqləşdirmək mənim üçün çox çətindir. Hesab edirəm ki, mən, sadəcə olaraq, gənc nəsilə məndən sonra nə yazmalı olacaqlarını göstərirəm. Xüsusən də Latın Amerikası və Aregentinada fantastik janrın inkişafı üçün. Çünki bu janrın regionumuzda inkişafı labüddür.

“Biz düzgün yolu seçmədik. Bəşəriyyət yalnış yol seçib”

Baxın, XX əsr üçün fantastika xarakterik və geniş miqyaslı janr hesab olunur. Bu əsrdə fantastik janrın inkişafı üçün müxtəlif variantlar ortaya çıxdı, fərqli stil və mövzularda yazan istedadlı yazıçılar bu sahəyə öz damğasını vurdular. XX əsrin ilk yarısı elmi fantastikanın çiçəklənməsi ilə xarakterizə olunur. Elmi fantastika janrında daha çox kosmosun tədbiqinə cəhd göstərilir, elmi texniki inkişafın öncədən qabaqlanmasına çalışılırdı.

XX əsrin ortaları yeni nəsil fantastik yazıçılara olan ümüdlərin puç olması ilə yadda qaldı. Daha çox fantastika imzası altında antiutopiya - xəbərdarlıq, sosial satira tipli əsərlər dərc olunmağa başlandı. Bu məyusluq, geriləmə sonda yeni təkanın meydana gəlməsinə səbəb oldu. Nəticədə XX əsrın ikinici yarısında həm fantastika sahəsində, həm də fentezidə bum yaşandı.

Odur ki, ilk növbədə 19-cu əsr Avropa fantastik janrından və Borxesin fantastik formada yazılan hekayələrindən ilhamlanmaqdan imtina edilməlidir. Fövqəladə təhkiyədə hadisə yaratmaq, heyrətləndirmək, oxucunu ümidqarışıq həyəcan içərisində saxlamağı bacarmaq lazımdır.

- Kortasarı onun əsərlərini oxumaqla tanımaq olar?

Hər yazıcı, bir qayda olaraq, oxucudan öz şəxsi təcrübəsi nöqteyi-nəzərindən onu başa düşməsini, yaxud müvafiq mesajı anlamasını və öz təcrübəsinə tətbiq etməsini umur. Romantik yazıçı istəyir ki, onu birbaşa və ya qəhrəmanları vasitəsilə anlasınlar, klassik realizm üslubunda yazan yazıçı isə öyrətmək, tarixdə iz buraxmaq istəyir.

Üçüncü imkan: oxucunu şərik, yol yoldaşı etmək. Onları eyni vaxtda birləşdirmək, çünki mütaliə oxucunun vaxtından alıb müəllifin vaxtına verir. Beləliklə, oxucu həmin andaca və həmin formadaca yazıçının keçirmiş olduğu təcrübəyə acıyan yoldaş olur. Bütün estetik fəndlər bu durumda faydasızdır: materiya köhnəlməli və yetişməlidir, mütləq həyat təcrübəsi lazımdır.

Mənə görə, intelektuallıqdan vacib olan həyat təcrübəsidir. Məsələn: hər hansı bir hadisənin baş verməsi əsasdır. Bundan sonra davam edənlər daxili məntiqə əsaslanır. Misal üçün - Tehrandan Parisə təyyarə ilə uçan zaman Egey dənizinin ortasında gördüyüm ada, sanki, mənə uçan bir tısbağanı xatırlatdı . Başqa cürə desək hekayalər real yaşanan hadisələrdən meydana gəlir. Çünki həyat təcrübəsi insanlara müxtəlif formada verilir. Əsəri yazmazdan onu beynimdə formalaşdırıram.

Biri var obstarkt ideya - bu insanın damarlarındakı qanın təzyiqini artırmır və ciyərə nəfəsi tam hərarətlə vermir. Fikir isə əksinə. Hətta fikrin qallustinasiya olsa belə o, sənin bir hissəndir.

Axtarmaq - gecələr evdən məqsədsiz çıxanların şüarı və bütün kompasqıranlar üçün bəhanədir.

İnsanı həqiqətən tanımaq aya uçmaqdan da çətindir. Mən kiməm? “Mən” deyilən sözün mənası özünü necə anlamağından keçir. Çünki şəxsiyyətin formlaşamasının müxtəlif səviyyələri mövcuddur. Bu istədin-istəmədin belədir. Bəzən mən özümü ifadə etməkdə çox çətinlik çəkirəm və bu zaman qələmi əlimə alıb şüuraltında yaranan fkirlərimi vərəqlərə köçürürəm. Bu tamam başqa bir hissidr. İfadəsi çətindir. Anlatmaq isə ondan da çətin.

Eyni şeyi deməyə başqa bir cəhd: belə şey baş verəndə artıq dünyaya, özümdən – başqasına baxan mən olmuram, ancaq bir anlığa mən özüm içimdəkiylə birlikdə dünya oluram, qalan hər şey isə mənə baxır. Mən özümü başqaları məni görən kimi görürəm. Bu, misilsiz bir andır; ona görə də, demək olar ki, uzanmır. Mən özümün bütün kiçilməmi ölçürəm, bizim özümüzdə heç vaxt görmədiyimiz hər şeyi görürəm. Olmadığım şeyi görürəm.

Odur ki, hissiyatına güvənən bir yazıçı məni görmədən belə əsərlərmi oxuyaraq ətrafımdakılardan da yaxşı tanıya bilər . Yəni mənim pataloji xarakterlərimi, hekayələrimdə gizlətdiyim qorxularımı, fobiya və komplekslərimi tam özü üçün aydınlaşdıra bilər.

- Elə təsəvvür yaranır ki, sizin kitabınızda mövcud olan bütün nəzəriyyələr mötərizə arxasında qalır?

Tamamlə haqlısınız. Odur ki, müsahibələr zamanı məndən analitik fikir yürütməyimi gözləmələrindən narahat oluram. Sanki, elə bil, mən teoretik düşüncəyə sahib olan Uilson, Jan-Pol və ya Borxes kimi şəxsiyyətlərdənəm. Bu, məndə yoxdur. Yalnız 6-cı hiss mövcuddur.

- Siz masa ətrafında əyləşəndə əvvəlcədən hansı formada və stildə yazacağınızı əvvəlcədən seçirsiniz, yoxsa..?

Heç nəyi seçmirəm. Yazmamışdan öncə ümumi olaraq nəyi yazacağımı təsəvvür edirəm. Və birdən əmin oluram ki, bu hekayə olmalıdır. Və ya bu romanın başlanğıcıdır. Konkret mövzu olmur. Ruhən gəlir. Bəzən hekayə kimi başladığım yazı sonradan romana çevrilir. Bu heç bir halda məndən asılı olmayan vəziyyətdir.
Məsələn - “Xana-xana oyunu” romanının adı onun məzmunu ilə sıx bağlıdır, həqiqətən, qəhrəmanın taleyi uşaqların xana-xana oyununa bənzəyir. Romanın finalı açıq qalır. Horasio boşluğa son addımını atırmı, yoxsa fikrindən daşınırmı bunu dəqiq təsvir etmədim. Oxucuya onun taleyini fikirləşmək qalır. Bax belə. Sonluğunu düşünsəm də fikirlərim onu əlimdən aldı.

- Sizin hekayələrinizin fərqli anlaşılması xoşunuza gəlirmi?


Qorxunc xoşuma gəlir. Çünki yeni tərəflərimi kəşf edirəm. Eyni şeyi deməyə başqa bir cəhd: belə şey baş verəndə artıq dünyaya, özümdən - başqasına baxan mən olmuram, ancaq bir anlığa mən özüm içimdəkiylə birlikdə dünya oluram, qalan hər şey isə mənə baxır. Mən özümü başqaları məni görən kimi görürəm. Bu, misilsiz bir andır. Mən özümün bütün kiçilməmi ölçürəm, bizim özümüzdə heç vaxt görmədiyimiz hər şeyi görürəm. Olmadığım şeyi görürəm.

“Hekayələr Kortasarı hekayə olması üçün istifadə edir”

Onlar mənliyimin qaranlıq dünyasını gün işığı düşmədən belə aydınlaşdırırlar. Bax buna görə, mən oxucularıma dərin minnətdarlığımı bildirirəm.

- Həyatdan qaçmaq, yoxsa çıxış yolu axtarmaq lazımdır?

Sizə “Dama-dama oyunu”ndakı əsərimdən qısa bir fikri xatırladacağam:
“Yəqin ki, bir çıxış yolu var və bu çıxış həm də giriş olmalıdır. Əlbəttə, minillik səltənət də var, ancaq düşmən gülləsindən qaçan qalanı tuta bilməz. Ancaq elə bu günün özündə də əsrimiz min cür şeydən qaçır, qapı axtarır və hərdən onları vurub yıxır. Sonra nə olduğu isə məlum deyil, kimsə görə də bilər, ancaq sonradan bəziləri həlak olurlar və yaddaşlardan silinib gedirlər, başqaları xırda qaçışla, şəhər kənarındakı balaca evlə, elmi və ədəbi məşğuliyyətlə, turizmlə kifayətlənirlər. Qaçışlar planlaşdırılır, onların modulor və neylon düsturunun köməyilə hazırlanma texnologiyaları və qaydaları var.

Üsullardan birinin əyyaşlıq, narkomaniya və ya homoseksualizm olduğuna inanan ağılsızlar da var. Ola bilər ki, istənilən şey öz-özlüyündə əla və ya vecsiz olsun, ancaq onun tərifini axtarılan səltənətə açar kimi göylərə qaldırmaq səfehlikdir. Bəlkə də, bu dünyanın içərisində başqa bir dünya da var, ancaq əgər biz onun ümumi cizgilərini ağlasığmaz nizamsızlıqla üst-üstə qalaqlanmış günlərimiz və həyatımızdan çıxış edərək biçməyə qalxsaq, onda onu tapa bilməyəcəyik, biz onu həyatımızın nə ölgünləşmiş, nə də hipertrofiyaya tutulmuş formalarında tapa biləcəyik. Həmin dünya mövcud deyil, onu simurq quşu kimi yaratmaq lazımdır.

Hazırladı Günəş Fərhadlı


Tarix: 05.01.2016

3925

Ən çox gülünənlər