Darvin, meymun və qoyun


Meymun bənzərliyinə görə insana ən yaxın heyvandır.
Adamın Hüqo kimi cəsarətli istedadı olsa, çəkinmədən deyər ki, Meymun cənnətdən qovduğu insana Tanrının çəkdiyi karikaturadır.

Sənəti həmişə yüksək qiymətləndirən İnsan isə bunun əvəzində qoyunu Tanrıya qurban kəsir.
Darvin də meymun və insanla bağlı çox intim münasibətlərdən yazıb.

Beləliklə, bu Yeni il axşamı Darvini, meymunu və qoyunu bir yerdə görməyin alayı xoşbəxtliyi var, reklamda deyildiyi kimi, “Üçü birində”.


Tarix: 29.12.2015

7328