Təkliklərin ən gözəli


Elə insani vərdişlər var ki, ta yarandığı gündən bu günə kimi adı bəşəriyyətin qara siyahısında olsa da, heç bir əxlaqi, qanuni güc insanı ondan uzaqlaşdıra bilməyib.

Məsələn, ən qədim peşə sayılan fahişəlik bütün dövrlərdə və bütün cəmiyyətlərdə aktual olub. Çünki fahişəlik kişinin qadın üzərində hakimiyyətdə olduğu cütlük formalarının ən ucuz və ən əlçatanıdır.

Siqaretə qarşı, az qala, bütün dünya mübarizə aparır, amma xeyir yoxdu, çünki onunla təkbətək qalmaq təkliklərin ən gözəlidir.


Tarix: 25.12.2015

8231