Məşhurun kitabxanası - Stiven Kinq


Dünyanın nüfuzlu şəxslərinin bəyəndiyi kitablardan danışdığımız “Məşhurun kitabxanası” rubrikasını davam etdiririk. Bu dəfə biz dünyanın ən nüfuzlu yazıçılarında biri, “Qorxu kralı” ləqəbli Stiven Kinqin bəyəndiyi kitabların siyahısını təqdim edəcəyik.

Stiven Edvin Kinq 21 sentyabr 1947-ci ildə ABŞ-da anadan olub. Dəhşət, triller, fantastika, fentezi, mistika və dram da daxil olmaqla bir sıra müxtəlif janrlarda əsərlər yazır. Əsərləri bütün dünyada 350 milyon dollar nüsxə ilə satılıb. 50-dən çox romanı nəşr olunub.

İlk dəfə Kinqin yaradıcılığı ilə “O” əsərini oxuyarkən tanış oldum. Böyük hörümçək, kloun, kanalizasiya – bütün bunlar mənim hələ möhkəmlənməmiş təxəyyülümə çox ciddi təsir etdi. Kinqin kitablarında sanki bir magiya var: sən qorxursan və əsəri oxuyub bitirmək istəmirsən, lakin bir kitabı bitirdikdən sonra dərhal növbəti kitabı oxumağa tələsirsən.

Yəqin ki, bu, Kinqin öz işini dəlicəsinə sevməsi ilə bağlıdır. O, 2004-cü ildə “Qaranlıq qala” (The Dark Tower) silsiləsinin sonuncu kitabını nəşr etdikdən sonra yazıçı karyerasını bitirəcəyinə dair söz vermişdi. Amma o, xoşbəxtlikdən verdiyi sözünə əməl etmədi və 2009- cu ildə “Günbəz altında” (Under the dome), daha sonra isə “Qaranlıq qala” silsiləsindən daha bir əsər yazır. Bu proses indiyə qədər davam edir. 2004-cü ildən bəri Stiven 8-dən çox kitab yazır ki, onlardan ikisi – “Mister Mersedes” (Mr.Mercedes) və “Dirçəliş” (Revival) ötən il nəşr olunub.
Kinq öz işi və onu bitirməmək barədə bunları deyir:

“Mənim artıq 25, hətta 35 yaşda belə deyiləm. Mənim 55 yaşım və bir neçə nəvəm var. Onlar bütün günü evdə qaçışırlar. Yaradıcılıqdan başqa mənim eləməli olduğum çox şey var və bu gözəldir. Lakin yaradıcılıq hələ də mənim həyatımda önəmli rol oynayır”.

Stiven Kinqin özünəməxsus norması var: O, hər gün 2000 min söz yazır. O, həmçinin mütaliə edir və gənc yazarlara məsləhətlər verir. Kinqin sevdiyi kitabların siyahısını tapmaq çətin olmadı. Çünki müəllif onlar haqda çoxsaylı müsahibələrində qeyd edir.

Stiven Kinqin bəyəndiyi kitablar:

“Heklberri Finnin macəraları”, Mark Tven.
“Şeytanın ayələri”, Salman Rüşdi.
“Ağcaqanadlar tanrısı”, Uilyam Qoldinq.
“Soyuq ev”, Çarlz Dikkens.
“1984», Corc Oruell.
“Rac Kvartet”, Pol Skott.
“Avqust ayında işıq”, Uilyam Folkner.
“Qanlı meridian”, Kormak Makkarti
“Maktiq”,Frenk Norris.

Eldar Tan



Tarix: 25.12.2015

3915

Ən çox gülünənlər