Ətyeyənlə otyeyənin sevdası


Ailə qurmaq istəyənlərə ən çox verilən məsləhətlərdən biri də budur ki, ay bala, eləsini al, özümüzə bab adamlardan olsun. Bu bablıq məsələsi ailələr arasındakı pul-para, əb-əcdad fərqindən tutmuş, gəzdirdikləri telefon markasına, yaşadıqları evlərin “Xruşovka”, yaxud bağ evi olması fərqinə qədər gedib çıxır. Təcrübə də onu göstərir ki, heç bir sevgi bu bab uyğunsuzluğuna dözə bilmir. Sevgi yalnız müxtəlif səslər çıxarıb bir-birini tapmış taylar arasında at oynada bilər.


Tarix: 02.12.2015

4869