Yumurta, yoxsa yumurtla


Böyük rus yazıçısı Dostoyevski deyirdi ki, dünyada baş verən hər şeyin mənə dəxli var. Amma dünyada baş verənləri diqqətlə izləsək, məlum olar ki, bu hadisələrin təkcə rəhmətlik yazıçıya deyil, dünyadakı hər kəsə dəxli var. Məsələn, rus qırıcısının türk pilotları tərəfindən vurulmasıyla Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Bakıda yumurtanın qiymətinin qalxması eyni günə təsadüf etdi yazmaq doğru deyil. Burada təsadüfilik heç nə yoxdur. O təyyarə vurulmasaydı, bizim yumurtanın qiyməti qalxmayacaqdı, bizim yumurtanın qiyməti qalxmasaydı, rus turistlərin Türkiyəyə getməsinə qadağa qoyulmayacaqdı, turistlərə qadağa qoyulmasaydı, terror təhlükəsi risqi artmayacaqdı, terror riski olmasaydı, Suriya böhranı da olmayacaqdı, böhran olmasaydı, dollar da qalxmayacaqdı və s. Yəni yumurtadır deyib, qəribçiliyə salmayın. Yumurta dünya düzəninə təsir göstərəcək anlamda Kleopatranın burnundan heç də balaca amil deyil.

Tarix: 25.11.2015

3190