Başdaşından xatirə şəkli


Şəkil çəkdirmək insanın şuraltısındakı əbədiyyət yanğısıdır. Bu yanğı insan övladında, az qala, şəhvət hissi qədər hətta o qədər şiddətlidir ki, çoxumuz əbədiyyətə nəyin şəkliylə qoşa düşəcəyimizin fərqinə belə varmırıq. Ölü, diri, dağ-dərə, at-eşşək, qarşımıza nə çıxdısa, üstünə şığıyıb özümüzü onun həyatı üçün ayrılmış zamana həkk edirik. Selfi söhbəti çıxandan sonra lap şitini-şorunu çıxarmışıq. Nənəsini basdırarkən qəbirdə onun yanına uzanıb selfi çəkdirənlərdən tutmuş, hər gün yediyi yeməklərlə selfi çəkdirənlərə qədər nə qədər məxluqat desən var aramızda. Bu karikaturadakı müəllim də rəhmətlik bacanağının ruhuna hörmət əlaməti olaraq, cümə axşamı günü onun başdaşısı ilə şəkil çəkdirir. Yüz faiz bir azdan facebook səhifəsində də paylaşacaq, görərsiniz.

Tarix: 24.11.2015

6997