Bir cənub şəhərində


Bakıda restoran və kafelər daha çox əlamətdar günlərin qeyd olunması üçün nəzərdə tutulduğundan, gündəlik iştahasını kafelərdəki yeməkpaylayanın, süfrəçinin, əmoğlunun, qaqaşın – ürəyiniz necə istəyir o cür adlandırın - umuduna buraxan şəhər sakinləri hər gün bu xidmət sahəsindəki eybəcərliklərin qanqaralığı ilə rastlaşırlar. Bir stəkan çayı müştərilərə bir xınayaxdının menyusu ilə məcburi sırıyanlar, adam olmadığı günlərdə əllərinə keçən “aclardan” şot adıyla bir toyun xərcini tələb edənlər həm də ölkəyə gələn qonaq-qaranın yanında şəhər sakinlərini rüsvayi-cahan edirlər. Sonra da dilçi alimlərimiz deyir ki, Azərbaycan dilində “ofisiant”, “qarson” sözünün qarşılığı yoxdur. Xidmət var ki, qarşılığı da olsun?!




Tarix: 23.11.2015

30767