Canımızdan çıxıb cibimizə yoluxan Korona


Bir anda dünyaya yayılan Covid-19 pademiyası yavaş-yavaş dünyadan uzaqlaşır. Həyat yenidən əvvəlki axarına qayıdır. Ancaq pandemiyanın mənfi təsirləri hələ uzun müddət davam edəcəyi xəbərləri də müzakirə mövzusudur.

Belə ki, ekspertlərin proqnozuna görə, dünya önümüzdəki illərdə ciddi ərzaq böhranı və bahalaşma ilə üzləşəcək ki, bu da pandemiyanın təkcə insanların canına deyil, həm də cibinə yoluxmasının nəticəsidir. Bundan sonra insanlar canlarını deyil, ciblərini “müalicə” etməklə məşğul olacaqlar. Həkimləri iqtisadçılar, iş adamları, hökumət məmurları, bank mühasibləri əvəz edəcək.



Tarix: 08.04.2022

22074

Ən çox gülünənlər