Kapitalizmin humanizmi


İnsanın qənimi insandır, sadəcə, ölüm mələyi Əzrayılın adı çıxıb. İqtisadi, siyasi maraqların toqquşduğu yerdə heç bir hümanist dəyərin əhəmiyyəti qalmır. İmperializmi kapitalizmin son mərhələsi adlandırırlar. Bu mərhələdə pul insanlığı küncə sıxışdırır. Güclü olan haqlı olana çevrilir. Cəmiyyət təbiət qanunlarına tabe olur. Yalnız bu zaman anlamaq olur ki, insan təbiətdən uzaqlaşsa da, onun qanunları ilə yaşamaqda davam edir. Böyük balıqlar quruda da balaca balıqları yeyir.



Tarix: 30.03.2022

6085

Ən çox gülünənlər