Fərqimiz


Biz uşaqları qul olaraq böyüdürük, savadsız, mütaliyəsiz, gələcəyə bir fəhlə yetişdiririk. Oğlan uşaqlarına "cinsi orqanı" ilə fəxr etməyi öyrədir, qız uşaqlarına "mental dəyərlər" yükləyirik.

Bütün qapıları bağlayıb, mənasız reallıqlarımızı təlqin edirik. Pulnan universitetə "qoyub", diplomlu fəhlə yetişdiririk. Uşaq hələ balaca vaxtından artıq bir sual verəndə onun üçün qaranlıq məqamı işıqlandırmaq əvəzinə "təpəsindən" vurub ağzını yumub, çox sual vermə, deyirik. Xaricilər isə belə deyil. Onlar dünya üçün bir resurs yetişdirir, onların uşaqları kəşflər edir, insanların həyatını rahatladan, həyat qurtaran texnologiyalar yaradır. Biz uşaqlardan heç bir mənası olmayan yüksək qiyməti tələb edəndə onların uşaqları dünyanın bir çox ölkəsini gəzmiş, üfüqü genişlənmiş, bir qucaq sualla valideyinlərinin yanına dönür. Əsas fərq isə burda yaranır. Onların sualları cavabsız qalmır...



Tarix: 07.11.2021

2114

Ən çox gülünənlər