Peyvənd olunmaq lazımdır


Bir sıra mənbələrdə vaksinasiya və ölüm halları arasında müəmmalı əlaqənin varlığı bildirilir. Belə ki, bir çox ölkələrdə vaksinasiyanın başlaması pandemiyanın ikinci-üçüncü dalğaları ilə eyni vaxta düşüb. Bu müddətdə koronavirusdan ölənlərin də sayında artım müşahidə edildiyindən bir sıra xəbər agentlikləri, hətta mütəxəssislər belə bunu “tətbiq olunan vaksinlərin effektivliyinin aşağı olması, bilavasitə vaksinin təsiri ilə” əlaqələndirib.

Analoji hallar İsraildə, Norveçdə, Avropa və Amerikanın bəzi ölkələrində qeydə alınıb. Lakin vaksin istehsalçıları, eləcə də bu ölkələrin səhiyyə idarələrinin rəhbərləri yayılmış xəbərləri təkzib edib, bu dövrdə yeni növ koronavirusdan ölüm hallarının əsasən yaşlı şəxslərdə, bir sıra digər problemləri (xroniki astma, şəkərli diabet, tromboz, qan təzyiqi, qan laxtalanması və s.) olan insanlarda baş verdiyi açıqlanıb.



Tarix: 25.08.2021

3447