Yoluxmalar artmaqdadır...


“İnsanlar arxayınlaşmamalıdır. Çünki pandemiya bitməyib. Bu gün daha yoluxuculuğu olan “Delta ştammı” var. Yoluxma rəqəmlərinə baxanda biz bunu görürük. “Britaniya ştammı”nda yoluxanların sayı belə sürətlə artırmırdı. Qonşu Gürcüstandakı gündəlik yoluxma sayı 5000-dən yuxarıdır. Əhalisinin sayı bizdən 3 dəfə az olan ölkə üçün bu, böyük rəqəmdir".

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onhun süözləörinə görə, pandemik dövrdə insanlar həyat tərzini qiymətləndirməlidir, yoluxma riskinə məruz qalacaqları yerlərdən uzaq durmalıdırlar:

“İlk növbədə qızıl qaydalara ciddi riayət edilməlidir. Digər tərəfdən vaksinasiya prosesinin kütləvi xarakter alması mütləqdir. Elə günlər olub ki, ölkədə bir gün ərzində 80 minin üzərində vaksin vurulur. Deməli bunun üçün dövlətimizin imkanları var”.

T.Eyvazov əlavə edib ki, qapanmalara getməmək üçün insanlar birləşməli və dövlətə dəstək olmalıdırlar.



Tarix: 11.08.2021

3362