Yanındayıq Türkiyə


Türkiyədə bir neçə gün öncə başlamış dəhşətli meşə yanğınları hələ də davam edir. Qeyd edilir ki, əslində temperaturun ən yüksək həddə çatdığı və "yanğınlar mövsümü" kimi xarakterizə edilən iyul ayında belə təbii fəlakətlərin baş verməsi adi haldır. Lakin bu dəfə Türkiyəyə misli görünməmiş bir ziyan dəyib. Genişlənən alovlar yalnız meşələri, flora və faunanı deyil, yanğın bölgəsinə yaxın bütün kəndləri, yaşayış massivlərini, turizm obyektlərini də viran qoyub. 

 

Tarix: 31.07.2021

3562