Türkiyədə meşə yanğınları davam edir


Artıq bir neçə gündür qardaş ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar geniş sahələri əhatə edir. Son yanğın faktı ölkənin Manisa vilayətinin Soma rayonunda yerləşən meşəlik ərazidə qeydə alınıb. Bəzi bölgələrdə yanğının söndürülməsi işlərinə təyyarə və helikopterlərlə yanaşı, İnsansız Hava Vasitələri (İHA) də cəlb edilib. Hazırda yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.



Tarix: 30.07.2021

3238