Gələcəyimizi məhv edən söz


Bir neçə həftədir ölkənin əsas gündəminə çevriliən Patı - əsil adı metamfetamin olan bu narkotik maddəni yaponiyalı bir kimyagərin ixtira edildiyi bildirilir.  Bu maddə dünyada ən sürətlə yayılan, daha çox zərərli və son dərəcə təhlükəli bir narkotik vasitədir. Azərbaycanda bu maddə “met”, “şüşə”, “buz” və ya “patı” kimi tanınır

Metamfetamin sintetik maddədir. Onun asan hazırlanması və qısa müddətdə asılılıq yaratması bir çox ciddi problemlərin yaranmasına səbəb olur. “Patı” beynin funksiyasını pozmaqla depressiyaya yol açır. Heroindən, kokaindən daha çox asılılıq yaradan bir maddədir. Eyni zamanda bu maddənin təsiri altında olan insanların ətrafdakılara aqresivliyi və riskli davranışlara meylliliyi artır. “Patı” ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tutması ilə bağlı ani ölümlərə səbəb olur. 



Tarix: 13.07.2021

3695