Hər şey qələbə üçün!


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “pikap” tipli avtomobillərin yol patrul xidməti postlarında saxlanılmasının səbəbləri barədə məlumat yayıb.

“Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyənləşdirilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir”, - deyə məlumatda qeyd edilib.



Tarix: 25.09.2020

7344