Texnologiya asılılığı


Araşdırmalar bir maraqlı faktı ortaya çıxardıb. Belə ki, işi kompyuterlərlə olan insanların bir çoxunun istirahət günlərində də mobil cihazlardan və planşetlərdən istifadə etdikləri müşahidə edilib.

Araşdırma aparan şirkət rəsmiləri bildirirlər ki, dünyanın inkişaf etmiş ölkələrində aparılan sorğular zamanı bəlli olub ki, insanların artıq 21-ci əsrdə hətta istirahətdə olan zaman da, "ağıllı" telefonları ilə işlərini hər an izləyirlər. Sorğu iştirakçılarına "neçə gün işdən tam ayrıla bilərsiz?" sualı verilib. Və nəticələr çox maraqlı olub. Belə ki, 40 yaşından yuxarı insanların 71%-ə qədəri istirahət zamanı işdən tam olaraq kənarlaşdıqlarını və bundan da narahat olmadıqlarını bildirdilər. Lakin gənclər - yəni, 40 yaşına qədər olan insanlar arasında eyni sorğunu keçirən zaman bunun tam əksi baş verdi. Belə ki, 40 yaşına qədər insanların 47%-i israhət zamanı da planşetləri və mobil cihazları vaistəsilə işlərindən hər an xəbər aldıqlarını bildirdilər. Və əgər bunu etməsələr, çox ciddi daxili narahatlıq keçirdiklərini bildirdilər. 



Tarix: 13.07.2020

9108