Çənədə maska, yoxsa gözdən pərdə?


Dövlətin gördüyü tədbirlər, nəzərdə tutulmuş bütün qaydalar və tətbiq olunan bütün cərimələr toplumun sağlamlığı üçündür.

Bəli toplum dedim, çünki bu məsələ artıq fərd məsələsi deyil. Xəstələnən hər kəs ətrafındakı insanlara virusu sürətli bir şəkildə yoluxdurur. Bu mübarizədən isə kimisi sağ çıxır, kimisi heç çıxa da bilmir. Çənənizin altındakı o maskalar, bəlkə də, təyinatına uyğun istifadə olunsa idi sizi və ən yaxın ətrafınızı qoruyacaqdı. Ancaq görünən odur ki, 30 qəpiklik o maskalar canını yox cibini qorusun deyə istifadə olunur. Bütün dünyanın qarşısında aciz qaldığı bu virusdan qorunmaq çox sadədir. Gigiyenik qaydalara əməl etmək və maska taxmaqdır. 



Tarix: 04.06.2020

8463