Führerə işguzar təklif


“Bu gün Milli Şuranın iclası keçirilib”, “Bu gün Milli Şuraın iclasında gündəmdə olan aktual məsələlər müzakirə olunub...” Bu tip xəbərlərə rast gələndə həmişə maraqla fikirləşirdim: Görəsən, Milli Şura nəyi, necə müzakirə edir?

Jurnalistlərə poza verəndə nə olduğunu bilirdik, maraq doğuran bu idi ki, öz aralarında nə danışırlar? Nəhayət, bunu da əyani şəkildə gördük. Deməli, yığışıblar 5-6 nəfər həpənd, müzakirə edirlər ki, kim hansı statusu yazmalıdır, kim feysbukda kimə cavab verməlidir... Bu zaman cinsi azlıqlara “üzdəniraq”, “kişi qə****si” deyir, “Gərək 41-45-də Hitler bunları qırıb qurtaraydı” kimi fikirlər səsləndirirlər. Ümumilikdə müzakirənin səviyyəsi isə ən aşağı çayxana qeybətindən o yana keçmir. Maraqlı olan bu məclisdə iştirak edənlərin düşüncə tərzi, təfəkkürü, zehniyyətidir. Bunlar nədirlər? Şovinist?! Faşist?! Homofob?! Hamısı birdən? Yəqin ki, sadalananların hamısından var, amma ümumilikdə bu dəstəyə daxil olanlar sadəcə, marginal axmaqlardır. Onların nəyi necə danışmaq, hansı məsələyə necə yanaşmaq haqda ən xırda anlayışları belə yoxdur. Belə məlum olur ki, biri hətta canlı yayımda olmalarının belə, fərqində deyilmiş. Söyüş söyürlər, ağzlarının danışığını bilmirlər. “Geyləri qırmaq” nə deməkdir, insanı cinsi oriyentasiyasına görə öldürmək olarmı – bu barədə düşünməyə beyinlərinin potensialı çatmır. “Gərək Hitler filan şeyi eləyərdi” – Bu, hansı zümrənin danışıq tərzidir, bilirsinizmi? Sərxoş olub, açarını itirənlər içki masasının arxasında ağzı köpüklənə-köpüklənə danışanda deyirlər belə fikirləri. İndi görün, Milli Şuranın üzvləri “ayıq” vaxtında hansı səviyyənin daşıyıcılarıdırlar. Budurmu hökümətə müxalif olmağa iddialı siyasi “qüvvə?!” AXCP-nin yaratdığı və mərkəzində durduğu “əsas siyasi təşkilat”ın səviyyəsi, düşüncəsi, danışığı budurmu? Bu düşüncə iləmi Milli Şura “ölkənin problemlərini müzakirəyə çıxarır”?! Nəsə, çox vahiməli oldu... Sən demə, evdə arvadını və qızını döymək – hələ sadəcə, tumurcuqlar imiş. Çiçəklər indi açılır, meyvələrdən isə Allah saxlasın!

Tarix: 15.05.2020

12569