Regenerasiya


Jurnalistlərin sənət adamlarına ünvanladığı ən şablon suallardan biri də “sənət sizin üçün nədir” sualıdır. Bəlkə də, sənət elə insanın mənəvi regenerasiyasıdır, yəni mənəvi, psixoloji özünübərpası, yenidən yaratmasıdır, öz çatışmazlığını tamamlamasıdır. Yəni sənət Tanrının, yaxud təbiətin natamamlığını bütövləşdirmə cəhdidir. Karikaturadakı adam müharibədə itirdiyi ayağını şəkildə bərpa edir. Bununla da bir çox insanların öz bədən üzvlərini itirdikdən sonra başqaları qarşısında keçirdikləri utancaqlıq, əskiklik kompleksini aradan qaldırır.

Tarix: 19.10.2015

4444