Dünyaya kömək vaxtıdır


Bəşəriyyətlə koronavirus arasında müharibə davam edir. Bu müharibədə hər kəsin öz rolu var. Əsas döyüşçülər, sözsüz ki, həkimlərdir. Onlar ön cəbhədə düşmənlə savaşırlar, biz isə arxa cəbhədə üzərimizə düşəni həyata keçirməklə, həkim-əsgərlərimizə kömək olmalıyıq.

 

 

 

 

Bunun üçün əslində çox az şey tələb olunur: Sadəcə, evdə qalmaq. Hər bir məsuliyyətli insan bunu dərk etməlidir ki, məsələ onun istəyindən, kefindən yox, insan və vətəndaşlıq borcundan gedir. Biz bir müddət parklara çıxmasaq, gəzişməsək, dostlarla görüşməsək ölmərik, amma çıxsaq, bəlkə də bu hərəkətimizə görə kimsə ölə bilər. 

 

Təəssüf ki, bunu başa düşməyən axmaqlar (ifadəyə görə üzr istəyirik, amma belə məsuliyyətli məqamda bu, ən yumşaq sözdür) həkimlərin işlərini çətinə, başqa insanların həyatını isə təhlükə altına salırlar. Məhz onları başa salmaq üçün xüsusi karantin tətbiq olunur, qaydalar sərtləşdirilir, nəqliyyatın hərəkəti məhdudlaşdırılır, amma təəssüf ki, bu tiplər hələ də məsuliyyətlərini dərk etmək istəmirlər. 

 

Belə vəziyyətdə anlayırsan ki, əsas problem virus deyil, axmaqlardır.

Virusla döyüş asan deyil, amma axmaqlarla döyüş daha çətindir.



Tarix: 29.03.2020

6793